Bakıda yaşlı kişi küçədə bıçaqlandı

14 İyun 2018 08:20

Bakıda küçədə yaşlı kişini tanımadığı şəxs bıçaqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxs onunla mübahisə edib. Nəticədə N.Salahov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az