Ağ Evin mətbuat katibi istefa vermir

14 İyun 2018 08:10

Ağ Evin mətbuat katibi Sara Sanders istefası haqqında xəbərləri təkzib edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Mətbuat katibi "CBS" telekanalının ilin sonunda vəzifəsini guya tərk edəcəyi barədə yaydığı xəbərin doğru olmadığını bildirib.

"SBC" ola bilər ki, mənim planlarım və gələcəyim barədə mənim bilmədiyim nəyi isə bilir", - deyə Sanders "Twitter"də yazıb.

"Onlar mənim Ağ Evi "tərk etmək" planım haqda yazanda qızımla uşaq bağçasında tədbirdə idim. Hətta mənlə əlaqə saxlamadılar. İşim xoşuma gəlir və prezident Donald Trampla işləmək mənim üçün böyük şərəfdir", - deyə o əlavə edib.

Milli.Az