PKK-ya yenidən zərbə

14 İyun 2018 08:28

Türk Silahlı Qüvvələri (TSK), İraqın şimalındakı Zap bölgəsində təşkil edilən hava hücumu əməliyyatı zamanı üç terroristin məhv edildiyini bildirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, İraqın şimalındakı Zap bölgəsinində separatçı terror təşkilatının nümayəndələri olan, bölgədə terror əməliyyatları həyata keçirməyi planlaşdıran üç nəfər cinayətkar hava hücumu əməliyyatı zamanı məhv edildi.

Milli.Az