İnzagi "Bolonya" futbol klubunun baş məşqçisi təyin olundu

14 İyun 2018 08:08

İtaliya futbol yığmasının keçmiş hücumçusu Filippo İnzagi İtaliyanın "Bolonya" futbol klubunun baş məşqçisi təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 44 yaşlı mütəxəssislə razılaşma iki illik nəzərdə tutulub.

Inzaginin son iş yeri "Venesiya" klubu olub. Cari ilin nəticələrinə görə klub B Seriyasında beşinci yeri tutub. Ötən mövsüm Bolonya A Seriyasında 15-ci yeri tutub.

Milli.Az