İndoneziyada qayıq batdı - 13 ölü

13 İyun 2018 23:52

İndoneziyanın Sulavesi adası sahillərində qayığın batması nəticəsində 13 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin qayıqda olan daha 8 nəfər itkin düşüb.

Hazırda qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları aparılır.

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

Milli.Az