Uran: "Aytən hamiləyəm deyib hamını aldatdı" - VİDEO

13 İyun 2018 23:43

"Maşın"ın finalında xəstələndiyi üçün əlini çəkən reper Uran şoudan uzaqlaşdırdığı Aytən Səfərova haqqında iddialı açıqlamalar verib.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Baku TV-yə açıqlama verən reper Aytəni Rozanın sözü ilə yox, ikiüzlü olduğu üçün çıxardığını qeyd edib.

O deyib ki, Aytən Səfərova "M Group Production"ın işçilərinə və iştirakçılara hamilə olduğunu bildirib.

Lakin testlər nəticəsində Aytənin hamilə olmadığı üzə çıxıb:

"Bizə hamilə olduğunu demişdi. Buna görə də onu qarşıdurmadan uzaq tutmaq istəyirdik. Lakin sonra məlum oldu ki, hamilə deyil. Mən kiminsə sözü ilə onu çıxarmamışam və kişiliyimi itirməmişəm. Aytən ikiüzlü olduğu üçün onu çıxardıq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: