FED 2018-ci ildə daha iki dəfə uçot dərəcəsinin artacağını gözləyir

13 İyun 2018 23:25

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin əksər üzvləri mart və iyun aylarına əlavə olaraq 2018-ci ildə daha iki dəfə  uçot dərəcəsinin artacağını proqnozlaşdırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla FED uçot dərəcəsinin artırılması sayına dair martdakı proqnozunu dəyişib.

O zaman FED 2018-ci ildə ümumilikdə üç dəfə uçot dərəcəsinin artacağını gözləyirdi.

Milli.Az