Bakıda mənzildə yanğın olub

13 İyun 2018 21:05

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxi 6 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az