Xilasetmə işləri üçün yeni cihaz - Divar arxasından görmək olacaq

13 İyun 2018 19:53

Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu divar içərisindən insanların hərəkətini izləyən "RF-Pose" adlı simsiz qurğu ixtira edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə mühəndislər iki cihazın - simsiz radioqurğu və kamera məlumatlarını toplayıblar.

Onların hər ikisi insanların yerimə, söhbət, lifti gözləmə və qapıları açma kimi hərəkətlərini izləyib. Sonra kamera təsvirləri vasitəsilə cihazlar hər bir fərd üçün nazik skelet modeli qurublar. Bu model süni intellekt tərəfindən radiosiqnal ilə birlikdə nümayiş olunub. Bu şəkildə alqoritm radioötürücü siqnalları və yaradılan skeletlər arasında əlaqəni tanımağı öyrənib.

Əvvəlki sistemlər ya bir sonluğu izləyib və ya statik pozanı göstərib. Mütəxəssislərin fikrincə, hərəkətli model əksər sahələrdə, məsələn, tibdə faydalı ola bilər. Sistem evdə Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrin hərəkətini izləyərək onun inkişafını müəyyənləşdirəcək.

Mütəxəssislərin sözlərinə görə, texnologiya xəstəni 100 nəfər arasında 83 faiz dəqiqliklə müəyyənləşdirib. Bu xüsusiyyət xüsusilə axtarış-xilasetmə əməliyyatlarında gərəkli olacaq.

Qurğunun müasir versiyası ikiölçülü olsa da, hazırda mühəndislər kiçik hərəkətləri, məsələn, əllərin titrəməsini göstərən üçölçülü üzərində çalışırlar.

Milli.Az