Türkiyə Nəqliyyat Nazirliyi: "Qars-İğdır-Naxçıvan dəmir yolu İran və Azərbaycanla birgə tikiləcək"

13 İyun 2018 18:31

Qars-İğdır-Naxçıvan dəmir yolu İran və Azərbaycanla birgə tikiləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, bu layihə prioritet nəqliyyat layihələrindən biridir:

"Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması nəticəsində Türkiyə yükləri İran və Pakistan, eləcə də Əfqanıstandan keçməklə nəql edə biləcək".

Milli.Az