Donald Tramp İlham Əliyevi təbrik etdi

13 İyun 2018 18:17

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-aistinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident. Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan
xalqına Ramazan bayramı münasibətilə təbriklərimizi çatdırırıq. Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz İslam dininin qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək kimi ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni xatırlayırıq. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini yada salır.
Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir. 
Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və fravanlıq arzulayıram. Ramazan bayramınız mübarək olsun!"

Milli.Az