Peskov yenidən Putinin mətbuat katibi təyin olundu

13 İyun 2018 18:08

Dmitri Peskov yenidən Rusiya prezidentinin mətbuat katibi təyin olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Dmitri Peskov Rusiya Prezident Admisnitrasiyası rəhbərinin müavini və prezidentin mətbuat katibi təyin olunub. 
 
Qeyd edək ki, Dmitri Peskov 2012-ci ildən Kremlin sözçüsü vəzifəsini çalışır.

Milli.Az