Evə gizli kamera yerləşdirən qadın ŞOKA DÜŞDÜ - Ərini 16 yaşlı bacısı ilə divanda ... - FOTO

13 İyun 2018 18:21

Türkiyənin Bursa şəhərində 16 yaşlı baldızı B.E.-yə təcavüz iddiası ilə ittiham edilən Berk D-nin (35)  məhkəməsi başlayıb.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, B.E. məhkəmədəki ifadəsi ilə hər kəsi dəhşətə gətirib.

B.E. ifadəsində "Bacımın yoldaşı fabrikdə gecə növbəsində çalışırdı. Mən də o axşam bacımgilə getdim. Gecə bacım ilə yatdım. Səhər yuxudan ayılanda bacım işə getmişdi, fabrikdən gələn ər isə yanımda yatırdı" deyib.

Hadisə mart ayında qeydə alınıb.

Bundan sonra B.E.-nin anası və bacısı, hadisənin doğru olub-olmadığını öyrənmək üçün evə üç dəfə gizli kamera yerləşdiriblər. Bunlardan birində Berk D qonaq otağında divanda yatan gənc qızın üzərindəki yorğanı qaldırarkən kameraya düşüb.

Berk D. ifadəsi zamanı ittihamları qəbul etməyib:

"Baldızımı mən bacım kimi görürdüm. Mən onu zorlamadım. Kamera görüntüsündə isə gecə vaxtı düşən yorğanını qaldırıb, üstünə örtdüm. Yanında yatdığım zaman isə işdən yorğun gəldiyim üçün birbaşa yatağa girmişəm. Orada olduğunu hiss etməmişəm".

Məhəmməd Vaqif
Milli.Az