""Cənub Qaz Dəhlizi” karbon qazının atmosferə buraxılış səviyyəsini azaldacaq"

13 İyun 2018 15:21

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinin artırılması və qaz tədarüklərinin şaxələndirilməsi baxımından vacibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda keçirilən beynəlxalq konfransda "Bulgargaz" şirkətinin İdarə heyətinin sədri Botyo Velinov deyib.

O bildirib ki, layihə Avropanın enerji sistemininin inteqrasiyası kontekstində aktualdır.

B.Velinov əlavə edib ki, bu layihə karbon qazının atmosferə buraxılması səviyyəsini azaldacaq.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi Avropa və beynəlxalq kredit təşkilatlarının "Cənub Qaz Dəhlizi"nin səhmdarlarına və onlarına planlarına etimadını nümayiş etdirir.

Milli.Az