Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib

13 İyun 2018 19:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbi R.Behbudov adına Dövlət Mahnı Teatrında konsert keçirib. Konsert SSRİ Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anım gününə həsr olunub.

Milli.Az xəbər verir ki, konsert Azərbaycanın görkəmli sənətkarının adını daşıyan musiqi məktəbinin şagirdlərindən ibarət xor kollektivi və xalq çalğı alətləri ansamblının ifası ilə başlayıb.

Daha sonra istedadlı uşaqların ifasında müxtəlif musiqi alətlərində Q.Qarayev, F.Əmirov, A.Əzizov, F.Şopen, C.Rossini Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda milli alətlərdən ibarət kvartetin ifasında "Xalq mövzuları" əsasında popuri təqdim olunub.

Milli.Az