Mundiala bir gün qalmış İspaniya millisində şok: baş məşqçi qovuldu

13 İyun 2018 14:31

Dünya çempionatına 1 gün qalmış İspaniya milli komandasında gözlənilməz hadisələr yaşanıb.

Yığmanın baş məşqçisi İspaniya Futbol Federasiyasının qərarı ilə qovulub.

Milli.Az xəbər verir ki,  Xulen Lopeteqinin indiki məqamda "Real"la anlaşması federasiya idarəçilərini qəzəbləndirib. Buna görə də o, vəzifəsindən azad edilib.

Qeyd edək ki, İspaniya milli komandasına baş məşqçisi postuna sabiq "Barselona"lı Luis Enrike namizəddir.

Adil Nəcəfov
Milli.Az