Qubernator: "Temur Abazovla bağlı xususi açıqlama olacaq"

13 İyun 2018 13:35

Kvemo-Kartli bölgəsinin Marneuli rayonunun meri Temur Abazov ifadə vermək üçün prokurorluğa çağrılıb. Bir neçə saatdan sonra merlə əlaqədar rəsmi açıqlama olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Kvemo-Kartli bolgəsinin qubernatoru Qriqol Nemsadze bildirib.

Onun sözlərinə.gorə, hazırda prokurorluq T.Abazovla bağlı araşdırma aparır.

Qeyd edək ki, iyunun 13-də Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb. Onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

Milli.Az