Kimlə Trampın görüşündə Təbriz kilimi - FOTO

13 İyun 2018 13:10

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen Inın tarixi görüşü bir məqamla da yadda qalıb.

Milli.Az bildirir ki, Sinqapurun Santos adasındakı "Capella" otelində iki dövlət başçısı arasında danışıqların aparıldığı otağın döşəməsində "Heris" kilimi vardı.

"Heris" çeşnili kilimlər Güney Azərbaycanda, İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizin yaxınlığındakı Heris bölgəsində toxunur.

"Heris" çeşnili kilim və xalçaları toxuyan ustalara "herisçi"lər deyilir.

Milli.Az