“Gözlərin itidir, ürəyin hüşyar” - Reyd zamanı polisə şeir deyən sürücü - VİDEO - FOTO

13 İyun 2018 13:04

Kürdəmirdə sürücülərin qayda pozmalarına qarşı reyd keçirilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı kimi səhvini boynuna alıb, kimi yol nişanlarını görmədiyini bildirib, kimisi də polisə şeir deyib.

Dayan əmri verilən sürücülər arasında avtomobillərində qanunsuz olaraq kustar üsulla hazırlanan pərdələrdən istifadə edənlər də olub. Yol hərəkəti nişanının tələbini pozan yük avtomobilləri də saxlanılıb. Saxlanılan sürücülər arasında yol hərəkəti təhlükəsizliyinin qorunmasına polis əməkdaşlarının işini yüksək qiymətləndirənlər də olub.  

"Salam polisim. Gözlərin itidir, ürəyin hüşyar. Səni də evində gözləyir dildar. Şirin yuxudaykən körpə balalar. Onlara keşikçi qalan polisdir".

Reyd zamanı 50-yə yaxın avtonəqliyyat vasitələsinə saxla əmri verildi. Protokollar tətbiq olundu.

Zamiq Ağayev - Kürdəmir YPX-nın baş inspektoru: "Reydimizin əsas məqsədi yay mövsümündən baş verə biləcək yol nəqliyyat hadisələrin qarşısını almaq məqsədi ilə kobud şəkildə qayda pozan sürücülərlə bağlı kəsərli tədbir görməkdi". 

Bir neçə nəqliyyat vasitəsi sürücülük hüququ olmadan idarə olunduğu üçün müvəqqəti duracağa yerləşdirilib. Bildirək ki, bu cür reydlər qarşıdakı aylarda da keçiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Gözlərin itidir, ürəyin hüşyar" - Reyd zamanı polisə şeir deyən sürücü