Çimərlikdə selfi çəkmək istəyən cütlük qayadan yıxılıb öldü - FOTO

13 İyun 2018 13:40

Selfi çəkmək arzusu daha iki nəfərin ölümünə səbəb olub.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Portuqaliyada qayalıqda selfi çəkdirmək istəyən sevgililər 30 metr yüksəklikdən yıxılaraq ölüblər. Onların cəsədlərini balıqçılar tapıb.

Portuqaliyanın "Correio da Manhã" qəzeti yazır ki, hadisə balıqçılar çimərliyində (Praia dos Pescadores) baş verib.

Qadının 30, kişinin isə 40 yaşı olub. Onlardan biri Avstraliya, digəri isə Britaniya vətəndaşıdır.

Emin
Milli.Az