Paytaxtda bəzi ərazilərdə su olmayacaq

13 İyun 2018 12:01

Paytaxtda bəzi ərazilərdə su olmayacaq.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az