""Neftçi"yə keçdiyim üçün qürur duyuram" - Yeni transfer - VİDEO

13 İyun 2018 12:41

"Neftçin"in uzun illərdir Azərbaycan futbolunun flaqmanı olması heç kimdə sirr deyil. Böyük tarixə, çoxsaylı titullara malik kluba keçdiyim üçün qürur duyuram. Ümid edirəm ki, uğurların davamını birlikdə gətirəcəyik.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Rəşad Eyubov klubun telekanalına deyib. 26 yaşlı bildirib ki, yeni komandasında rəqabətdən qorxmur: "Rəqabətdən qorxmaq ən azı qeyri-peşəkarlıqdır. Buna görə də qorxmuram. Əksinə, daha yaxşı olmaq üçün rəqabətin olmasını istəyirəm. Bunun yalnız faydası var".

R.Eyubov "Neftçi" azarkeşlərindən söz açıb və onlara müraciət edib. O, çempionluq uğrunda mübarizə aparacaqlarını bildirib: "Neftçi"nin necə yaxşı azarkeş ordusunun olduğunu hamı bilir. Əvvəl çıxış etdiyim klublarda "Neftçi"yə qarşı oynayanda onların doğma komandalarını oyunboyu necə çılğınlıqla dəstəklədiklərini qeyd edirdim. Azarkeşlərdən istəyim budur ki, növbəti mövsümdə də dəstəklərini əsirgəməsinlər. Biz bir ailə olub, yüksək hədəflərə çatmalıyıq. Əminən ki, çempionatda qarşıya ən yüksək hədəf qoyulacaq və biz çempionluq uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, ötən mövsüm "Sumqayıt"da çıxış etmiş Rəşad Eyubov "Neftçi" ilə 1 illik müqavilə bağlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: