Azərbaycanlı məşhur aparıcı əməliyyat olundu: piylərini çıxartdırdı - FOTO

13 İyun 2018 11:26

Aparıcı Fira Cəlilova bir ay əvvəl bədən korreksiyası əməliyyatı keçirdiyini etiraf edib.

Milli.Az xəbər verir ki, aparıcı bu barədə "Hər şey daxil"də danışıb.

Fira daha əməliyyat olunmayacağını da sözlərinə əlavə edib:

"Məni tanıyanlar bilir ki, komplekssizəm. Amma gizlətməyəcəm, düz bir ay əvvəl bədən korreksiyası əməliyatı keçirmişəm. Hələ ki, şişəm, köpəm. Bilirəm ki, əməliyyata kimi ən azı 85 kilo idim. İkinci uşaqdan sonra 25 kilo kökəlmişdim. Mən yeməyi çox sevirəm. Bəzi həkimlərə mədə kiçiltmə əməliyyatı etməkləri üçün müraciət etsəm də, bunu çəkim çox olmadığı üçün qəbul etməyiblər. Yeni burnumu da bəyənmirəm. Çünki öz burnum bundan balaca idi. Mən indi üçüncü dəfə əməliyyata getməli, yenidən narkoz qəbul etməliyəm, yenidən bu stressi keçirtməliyəm. Bilirəm ki, burnum simama yaraşmır, amma artıq 3-üncü əməliyyata girmək istəmirəm".

Məhəmməd Vaqif
Milli.Az