Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələri TQDK-nın saytında yerləşdiriləcək
1 Sentyabr 2011 11:56
2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələrinin sentyabrın 3-dək açıqlanacağı gözlənilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, qəbul imtahanının nəticələri komissiyanın internet saytında yerləşdiriləcək.
İmtahan avqustun 28-də ölkənin 11 şəhərində aparılıb.
Milli.Az