Bakıda restoran yandı

13 İyun 2018 09:50

Bakıda restoran yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünun yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az