Hüseyn Abbasa: "Papa, buradan mama üçün ev alaq da..." - VİDEO

13 İyun 2018 09:20

"Maşın" realiti-şousunu gözlənilmədən tərk edən müğənni Abbas Bağırov sosial şəbəkə paylaşımı ilə izləyicilərini güldürüb.

Milli.Az bildirir ki, müğənni "Maşın şou"nun yeni başlayan vaxtlarında çəkilən maraqlı videogörüntü yayıb. Videoda bloqer Hüseyn Əzizoğlu, müğənni Roza Zərgərli və Abbas Bağırovun yeni tikilinin içərisində gəzməsi əks olunub.

Görüntülərdə Hüseyn Əzizoğlu Abbas Bağırova zarafatla deyib: "Papa, buradan mama ( Rozanı işarə edərək ) üçün ev alaq da".

Qeyd edək ki, iki gün əvvəl "Maşın şou"da səsverməyə çıxarılan Hüseyn Əzizoğlu hədəfini dəyişərək Abbas Bağırovu oyundan uzaqlaşdırıb. Abbas Bağırov isə verilişi tərk edərkən "Hüseyn mənə "papa", Rozaya "mama" deyirdi", - söyləyib.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hüseyn Abbasa: