Kabildəki partlayışda ölənlərin sayı 17-yə çatıb

13 İyun 2018 08:35

İyunun 11-i Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Əfqanıstanın şəhər bərpası və inkişafı nazirliyindən bildiriblər.

Daha əvvəl 13 nəfərin öldüyü və 30-dan çox yaralının olduğu bildirilirdi.

Qeyd edək ki, iyunun 11-i Əfqanıstanın paytaxtı Kabilin Darulaman rayonunda terrorçu-intiharçı özünü partladıb. Partlayış görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az