Bakıda gənc oğlanı avtomobil vurub

13 İyun 2018 08:04

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 1996-cı il təvəllüdlü Əhmədov İsmayıl Qurbanəli oğlu prospektin qaranlıq və təmirdə olan hissəsində piyada zolağı olmayan yerdən keçən zaman onu minik avtomobili vurub.

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Sürücü məsuliyyətə cəlb olunub.

Milli.Az