Şefçoviç: "Aİ potensial təchizatçıların "Cənub Qaz Dəhlizin" layihəsinə qoşulmaq niyyətini alqışlayır"

13 İyun 2018 07:43

Avropa ittifaqı (Aİ) əlavə potensial təchizatçıların Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsinə qoşulmaq marağını alqışlayır.

Milli.Az bildirir ki, bunu Trend-ə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

M.Şefçoviç bildirib: "Biz hesab edirik ki, "Cənub qaz dəhlizinin" mənbəyi "Şahdəniz" yatağı ilə məhdudlaşmır. Ona görə də biz Xəzər, Mərkəzi Asiya, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Qara dəniz regionlarından potensial əlavə təbii qaz təchizatçılarının Avropaya təbii qaz nəqlinin gələcək diversifikasiyası üçün qoşulmaq marağını alqışlayırıq".

Bu baxımdan, Şefçoviç qeyd edib ki, Aİ Azərbaycan və Türkmənistanla Transxəzər Boru Kəməri Sistemi layihəsinin həyata keçirilməsi istiqamətində danışıqlar aparır.

Vitse-prezident əlavə edib ki, Aİ Türkmənistan, Azərbaycan, Türkiyə və Aİ arasında enerji əməkdaşlığının inkişafını təmin etmək üçün2015-ci ilin mayında imzalanmış Aşqabad bəyannaməsi əsasında potensial, kommersiya baxımından həyat qabiliyyətli nəqllərin şərtləri barədə danışıqları davam etdirməyə hazırdır.

Milli.Az