"Maşın şou"da nə baş verir? - Bir saatdır reklam gedir - VİDEO

12 İyun 2018 23:44

ATV telekanılda yayımlanan "Maşın şou"da reklam fasiləsi bitmək bilmir.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, 22:32-də şounun aparıcısı Murad Dadaşov reklam fasiləsi elan edib.

Lakin təxminən bir saata yaxındır ki, reklam fasiləsi başa çatmır.

Dadaşov bildirir ki, buna səbəb yaranan texniki problemlərdir.

O, çəkilişin ATV telekanlında yox, Azərbaycan kinostudiyasında aparıldığını bildirib.

Milli.Az