Çardaqda tapılan güldan inanılmaz qiymətə satıldı

12 İyun 2018 23:36

Fransada Sin sülaləsindən olan imperatorun dövrünə aid güldan hərraca çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, çardaqdan tapılan əntiq əşya rekord qiymətə, nə az, nə çox 16,2 milyon avroya çəkic altına gəlib.

Çini güldanın satışı ilə bağlı sövdə Sotbi hərrac evində baş tutub.  Əntiq əşyanın üzərində şam ağaclarının fonunda quşlar və marallar təsvir olunub.

Güldanın hansı yolla Fransaya gəlib çıxdığı dəqiq məlum deyil. Ehtimallara görə, o 19-cu əsrin sonlarında fransalı tacirlər tərəfindən ölkəyə gətirilib.

Milli.Az