Bakıda oğurluq avtomobildən silah-sursat aşkarlandı

12 İyun 2018 23:33

Bakının Xəzər rayonunda oğurluq olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,iyunun 11-də 2-ci polis şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev avtomobilinin oğurlandığını bildirib.

Qeyd edib ki, həmin gün saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən "VAZ-2106" markalı avtomobili naməlum şəraitdə qaçırılıb.

Əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub.
Avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az