Tramp Kanadanın baş naziri haqqında: Dərsini aldı

12 İyun 2018 23:19

ABŞ prezidenti Donald Tramp ilə Kanadanın baş naziri Justin Trudeau mübahisə davam edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,Tramp Sinqapurda keçirdiyi mətbuat konfransında jurnalistin uyğun sualına cavab olaraq "Düşünürəm ki, Justin Trudeau dərsini aldı", deyə bildirib.

Tramp əlavə edib ki, Justin Trudeau Kanadada onun mətbuat konfransını izləyəcəyini ağlına gətirməyib: "Elə bilirdi ki, təyyarədə olacam. Başa düşdü ki, onun bu davranışı Kanada xalqına baha başa gələcək".

Qeyd edək ki, Justin Trudeau Kanadada keçirdiyi mətbuat konfransında ölkəsinin ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi gömrük siyasətinə qarşı biganə qalmayacağını, adekvat addımlar atılacağını qeyd edib.

Bu açıqamadan sonra Tramp G-7 Zirvə toplantısında qəbul edilən sənədə imza atmaqdan imtina edib.

Milli.Az