Azərbaycan yenidən beynəlxalq arenada

12 İyun 2018 22:11

Azərbaycan ağırlıqqaldıranları yenidən beynəlxalq yarışlarda iştirak etmək hüququ qazanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  buna Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) qərarı səbəb olub.

Qurum 2017-ci ilin oktyabrında verdiyi 1 illik diskvalifikasiyanı vaxtından əvvəl dayandırıb. Bu, üç ölkəyə şamil olunub. Azərbaycan, Türkiyə və Ermənistan bu qərarla beynəlxalq arenaya qayıdıb.

Buna səbəb adıçəkilən ölkələrin federasiyalarının antidopinq fəaliyyəti ilə bağlı bir sıra şərtləri yerinə yetirməsidi. Həmin şərtlərdən biri ölkədə antidopinq fəaliyyətinin inkişafına 50 min dolların ayrılmasıdı.

Azərbaycan və Ermənistan atletləri artıq iyunun 19-dan sonra gənclərin yarışlarına qatıla bilər. Böyüklər və yeniyetmələr isə avqustun 19-nu gözləməlidi. Türkiyədə isə gənclər iyunun 11-dən, böyüklərlə yeniyetmələr 19-dan bu hüquqa yiyələnir.

Lakin Azərbaycan, həmçinin digər iki ölkə beynəlxalq turnir təşkil edə və qurumun konqresinə tamhüquqlu üzv kimi qatıla bilməz. Bu ölkələrə yalnız antidopinq seminarların təşkili üçün maliyyə ayrılacaq.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Ermənistan federasiyalarının cəzası aradan qaldırılıbsa, Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Çin və Moldova yarışlarda iştirak edə bilməyəcək.

Milli.Az