Parisdə girovlar azad edilib - YENİLƏNİB - VİDEO - FOTO

12 İyun 2018 23:32

23:32

Fransanın paytaxtı Parisdə silahlı şəxs tərəfindən girov götürülmüş insanlar azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Kollon öz Twitter səhifəsində yazıb.

J.Kollon bildirib: "Silahlı şəxs saxlanılıb və girovlar azad edilib. Polis və xilasetmə xidmətlərinin sürət və peşəkarlığını alqışlayıram".

Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, Parisdə naməlum silahlı bir neçə nəfəri binada girov saxlayır.

22:31

Parisdə insanları girov götürən şəxs saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.

Cinayətkarın sağ olaraq ələ keçdiyi bildirilir.

"Polis və xilasetmə xidmətlərinin yüksək peşəkarlığını təqdir edirəm" , -deyə Fransanın DİN-nin rəhbəri Jerar Kollon öz "Twitter" hesabında yazıb.

22:03

Parisdə kimliyi məlum olmayan kişi iki nəfəri girov götürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  bu haqda "France Info" məlumat yayıb.

İlkin məlumata görə, hücum edən şəxs üzərində bomba olduğu ilə hədələyib.

İnsident Parisin 10-cu dairəsində baş verib. Hazırda polis qüvvələri ərazidə xüsusi əməliyyat aparır.

"Le Parisien" nəşrinin məlumatına görə, həmin şəxs İran səfirliyi ilə telefon əlaqəsinin təmin edilməsini istəyib. Nəşrin mənbəyi girov sayının üç olduğunu və onların arasında hamilə qadının olduğunu iddia edir.

Milli.Az