İsveçrənin bir hissəsi su altında qalıb

12 İyun 2018 22:02

Leysan yağışlardan sonra İsveçrənin Lozanna şəhəri su altında qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şəhərdə yarım saat ərzində iki həftəlik yağıntı norması düşüb.

Şəhərin əksər küçələrini dizə qədər su basıb. Bir çox metro stansiyaları daşqınla əlaqədar bağlanıb. Lozanna təpəlik ərazidə yerləşdiyindən, yollarda güclü sel əmələ gəlib.

Milli.Az