“Instagram”ın işində pozuntu yaranıb

12 İyun 2018 21:58

"Instagram" sosial şəbəkəsinin fəaliyyətində qlobal miqyasda pozuntu meydana gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "DownDetector" məlumat yayıb.

İstifadəçilər hesaba daxil olmağa çalışan zaman "5xx Server Error" yazılı xəta çıxır.

Şirkət hələ ki, məsələyə münasibət bildirməyib.

Milli.Az