Dövlət müəssisələri yeni üsulla idarə ediləcək - VİDEO

12 İyun 2018 21:18

Dövlət müəssisələrinin xərclərinin azaldılması üçün onların bir çoxu özəlləşdirilməyə çıxarılıb. Dövlət mülkiyyətində saxlanılacaq müəssisələr yenidən formalaşdırılıb. Bunu əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov deyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dövlət mülkiyyətində saxlanılacaq müəssisələr restrukturizasiya edilib...

Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə təşkilatçılığı ilə keçirilən konfransda bildirilib ki, dövlət əmlakının idarə edilməsi sahəsində səmərəliliyin və şəffaflığın artırılması, eləcə də optimallığın təmin olunması üçün mövcud metodların tətbiqi daha da genişləndirilir. Qeyd edilib ki, Komitə tərəfindən orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin restrukturizasiyası həyata keçirilib, qeyri-profil müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilib, onların özəlləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır.

Daha sonra müxtəlif mövzular üzrə təqdimatlar olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dövlət müəssisələri yeni üsulla idarə ediləcək