TANAP sabitlik və sülh layihəsidir - Türkiyənin Baş naziri

12 İyun 2018 20:38

Transanadolu boru kəməri (TANAP) regionda sabitlik və sülh layihəsidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

B.Yıldırım əlavə edib ki, TANAP Türkiyə, Azərbaycan və bütün Avropa üçün strateji layihədir.

Qeyd edək ki, bu gün Əskişəhərdə TANAP qaz kəmərinin açılış mərasimi baş tutub.

Mayın 29-da isə Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin birinci mərhələsinin işə salınması mərasimi keçirilmişdi

Milli.Az