Doğuş zamanı daha bir ana ölümü Siyəzəndə YAŞANDI - VİDEO

12 İyun 2018 20:29

Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yerli sakin Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb. Qadının bu uşaqdan başqa bir oğlu da var.

Faktla bağlı Siyəzən Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Doğuş zamanı daha bir ana ölümü