DÇ-2018-də ilk təyinatlar

12 İyun 2018 20:27

Rusiyada keçiriləcək DÇ-2018-inilk təyinatları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın açılış matçını idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib.

İyunun 14-də baş tutacaq Rusiya - Səudiyyə Ərəbistanı matçını argentinalı hakimlər idarə edəcək. "Lujniki"dəki matçın baş hakimi Nestor Pitana olacaq.

Ona Xuan Pablo Belyati və Ernan Maydana kömək edəcəklər. Dördüncü hakim isə braziliyalı Sandru Riççi olacaq.

Açılış matçının videotəkrar hakimləri briqadasına Massimiliano İbrati (İtaliya) rəhbərlik edəcək. Onun köməkçiləri Mauro Vilyano (Argentina), Karlos Astrosa (Çili) və Daniele Orsato (İtaliya) olacaq.

Qeyd edək ki, Rusiya - Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az