"Real"ın yeni baş məşqçisi müəyyənləşdi

12 İyun 2018 20:21

İspaniyanın "Real" klubunun baş məşqçisi müəyyənləşib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqiyə tapşırılıb. Bu barədə klubun saytında xəbər yer alıb. 52 yaşlı mütəxəssislə üçillik razılıq əldə olunub. Lopeteqi dünya çempionatından sonra komandaya rəhbərlik edəcək.

Milli.Az