Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaqlar

12 İyun 2018 17:21

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Milli.Az