Avropa Liqası: ilkin mərhələnin cütlükləri bilindi

12 İyun 2018 17:31

Avropa Liqasında 2018-19 mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilkin mərhələnin cütlükləri müəyyənləşib.

14 klub 7 cüt təşkil edib. İlk görüşlər iyunun 28-də, cavab qarşılaşmaları isə iyulun 5-də oynanılacaq. Qalib gələn 7 komanda I təsnifat mərhələsində təmsilçilərimiz "Qəbələ", "Neftçi" və "Keşlə"nin potensial rəqibləri olacaq.

Avropa Liqası - İlkin mərhələ

"Avropa" (Cəbəllütariq) - "Priştina" (Kosovo)
"Sent Culia" (Andorra) - "Qzira Yunayted" (Malta)
"Enqordan" (Andorra) - "Folqore" (San-Marino)
"B36 Torshavn" (Farer adaları) - "Sent-Jozef" (Cəbəllütariq)
"Birkirkara" (Malta) - "Klaksvik" (Farer adaları)
"Tre Fiori" (San-Marino) -  "Bala Taun" (Uels)
"Kevn Druids" (Uels) - "Trakai" (Litva)

Milli.Az