Bu yağın unikal xüsusiyyətləri bir çox xəstəlikləri SAĞALDIR

12 İyun 2018 21:25

İndiki dövrdə təbii vasitələrlə müalicə üsulları çox populyardır. Gənəgərçək yağı da ən geniş yayılmış müalicə vasitələrindən biri sayılır.

Bu yağın unikal xüsusiyyətləri, sinirlərin sıxılmasını, əzələ ağrılarını, hətta qəbizliyi aradan qaldırır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu yaxınlarda aparılan tədqiqatlar təsdiqləyib ki, gənəgərçək yağı antiviral, antibakterial və iltihab önləyici vasitədir. Alimlərin sözlərinə görə, bu yağ bədxassəli şişinin müalicəsində səmərəli təsir göstərir.

Gənəgərçək yağı dəri xəstəlikləri və əzələ ağrılarını müalicə edir, immun sistemini möhkəmləndirir.

Gənəgərçək yağının qəbzlik müalicəsində də effektivliyi sübuta yetirilib. Qəbizlik zamanı axşam yatmazdan qabaq 1 ç.q. gənəgərçək yağı için. Gənəgərçək yağını limon şirəsi ilə qarışdırmaq olar. 3 gündən çox istifadə etmək tövsiyə edilmir. Hamilə qadınlar və kiçik yaşlı uşaqlarda gənəgərçək yağının istifadəsi təhlükəlidir.

Əzələ və bel ağrılarını aradan qaldıran üsul

İnqrediyentlər:

- Böyük bir parça tənzif və ya pambıq parça;

- Polietilen;

- Gənəgərçək yağı.

Qeyd: Əvvəlcə dəridə mütləq test edin ki, sizdə allergik reaksiya yaratmasın.

İstifadə üsulu:

Tənzif parçasını 3 qat qatlayın və onu otaq temperaturunda olan gənəgərçək yağı ilə isladın, ağrıyan yerə qoyun, üzərinə polietilen bərkidin, 45 dəqiqə saxlayın, sonra isə dərini su və sabunla təmizləyin.

Milli.Az