Azadlıq nədir? – İmam Əlinin (ə) mübarək nəzəri

14 İyun 2018 21:55

Əmirəl-möminin (ə) nəzərinə görə, ədalət və azadlığın olmaması ondan qaynaqlanır ki, idarə edən şəxs bu həssas nöqtələrə diqqət etmir. Ona görə də toplumda həm azadlıq və həm də ədalət ayaqlar altına salınır. Allah insanı azad yaratmışdır və insan istəmir ki, bir başqasının qulu olsun.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də Həzrət Əli (ə) öz qısa idarəetməsi dövründə ədaləti və azadlığı ən üstün tuturdu. Ona görə də o şey ki, insan şəxsiyyətinin ədalət və azadlığına mane olurdu, onu insan dəyərlərinin əleyhinə olan bir amil kimi qiymətləndirirdi.

Bəs azadlıq nədir?

Azadlığın nümunələri çoxdur. Çox sayda insanlar azadlığa tərif vermişdilər və bu təriflər onların baxış bucağında, coğrafişəraitlərindən və elmlərindən asılı olmuşdur.

Quranın nəzərinə görə, böyük Peyğəmbərin (s) məbus olmasının əsil hədəfi - insanları azad etməkdir. Əl və ayaqlarına bağlanmış zəncirlərdən xilas etməkdir.

"O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə - (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir,onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri(cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, köməkedən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar - həmin nicat tapanlardır!". ("Əraf" 157).

Bəziləri azadlığı ticarətdə axtarır, bəziləri mülkiyyətlərində.

Bəziləri peşə və vəzifədə azadlıq axtarışındadırlar.

Bəzilərinin nəzərinə görə isə əqidə və söz azadlığı mühümdür.

Lakin insan qafildir ki, yalnız əgər şəxsiyyət və insanlığı azad olarsa, bu halda qalan bütün azadlıqları əldə edə bilər.

Əmirəl-möminin (ə) buyurur: "Allah azadlığı insanın fitrətində qoymuşdur".

Əgər insan azad olarsa, Allah bəndəliyi də onun üçün azad olar. Ona görə də İmam Hüseyn (ə) Aşura günü düşmən ordusuna xitab edərək, buyurur: "Əgər heç bir zaman dininiz olmayıbdırsa, Qiyamət günündən qorxmursunuzsa, ən azı bu dünyada azad olun".

Çünki azadlıq insanlığa zidd olan əməllərin qarşısını almaq gücünə malikdir. Hürr kimi bir insanı zəncirlərdən xilas edib, azad edə bilmək gücünə malikdir. İmam Hüseyn (ə) ona görə Hürrə buyurur: "Sən azadsan, necə ki, anan səni belə adlandırmışdır".

Ona görə də azadlıq azadlıqdan doğar. Hər kim özü azad olmaz - başqasını da azad edə bilməz. O kəs ki, azad olmaz, onun qədrini bilməz.

Beləliklə deyə bilərik ki, İmam Əli (ə) üçün azadlıq cəmiyyətdə ədalətin bərpa olması və hər şeyin öz yerində olmasıdır. Heç bir insanbaşqa insandan şəxsiyyət baxımından üstün deyildir. Onu üstün edən şey - təqvası və Allah bəndəsi olmasıdır. Budur əsil azadlıq. Hər kim İmam Əlinin (ə) buyurduğu azadlığı istəyirsə, gərək ədalətin bərpa olmasının ardınca olsun. Əks halda bütün zəhmətləri hədər olacaqdır.

Milli.Az