Hər namazın qəzasını həmin namazın əda vaxtının içində qılmaq vacibdir?

14 İyun 2018 22:45

Hər namazın qəzasını həmin namazın əda vaxtının içində qılmaq vacibdir yoxsa istənilən vaxt qılına bilər?

İslam şəriətinə görə, namazların bəlli vaxt ölçüsü vardır, əgər hər hansı səbəb üzündən bu vaxt çəçivəsində qılınmasa və sonraya qalsa, qəza sayılacaq.

Milli.Az islam.az-a istinadən bildirir ki, qəza namazlarını dəhal tez qılmaq vacib olmasa da, imkan daxilində tez qılmaq məsləhətdir. Geniş yayılmış təsəvvürün əksinə olaraq, qəza namazlarını heç də həmin namazın növbəti əda vaxtı çərçivəsində qılmaq vacib deyil. Yəni məsələn, bu gün qılınmamış sübh namazının qəzasını sabah və ya başqa gün sübh azanından Günəş çıxana kimi qılmağa məcbur deyilik. Qəza namazları istənilən gündə və istənilən vaxtda qılına bilər. Günün istənilən saatında qəza namazını qılmaq insanın öz ixtiyarından asılı olan məsələdir.

Milli.Az