Baş nazirin qaşları internetdə gülüş hədəfinə çevrildi

14 İyun 2018 23:15

Kanadanın baş naziri Castin Trudonun son mətbuat konfransında çəkilən videosu sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, istifadəçilərə elə gəlib ki, baş nazirin sol qaşı sürüşür. Bu isə onun qaşlarının süni olmasına dair iddialara yol açıb.

Bu mövzuda müzakirələr tezliklə zarafat həddinə yüksəlib. Ros MakKulox adlı istifadəçinin bu zarafatı digərlərindən seçilib: "Castin Trudo bikefdir, çünki məlumat alıb ki, Tramp süni qaşlara vergi tətbiq edəcək".

"Twitter"də isə "Trudonun qaşları" adlı səhifə yaradılıb.

Milli.Az