İnsanın qocalmasına imkan verməyən proqram təqdim olunub

14 İyun 2018 08:31

Mütəxəssislər tərəfindən hazırlanmış xüsusi mobil proqram müasir insanın fiziki aktivliyinə nəzarət etməyə imkan verir. "EVIDENT II" adlı mobil proqram insanın arteriyalarına vaxtından əvvəl qocalmağa imkan vermir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu faydalı mobil proqram Salamanka Universitetinin alimləri tərəfindən hazırlanıb. Eksperimentdə 70 yaşlı 833 nəfər iştirak edib. Bütün qrup ürək xəstəliklərindən əziyyət çəkib.

Məlum olub ki, "EVIDENT II" mobil proqramından istifadə edən təqaüdçülər arasında arteriyaların bərkiməsi riski daha azdır.

Milli.Az