Populyar oyun və sosial şəbəkələr uşaqları təhlükəyə məruz qoyur

14 İyun 2018 08:21

Ekspertlər sosial şəbəkə və populyar oyunları tənqid edirlər. Onlar hesab edirlər ki, "Facebook", "Snapchat" və "Fortnite" kimi sosial şəbəkə və oyunlar uşaqları təhlükəyə məruz qoyur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, uşaqlar internetdə başqa istifadəçilərin pis davranışı ilə üzləşə bilərlər. Beləliklə, ekspertlərin fikrincə, gənc nəsil trolların hücumundan qorunmayıb.

"NSPCC" uşaqların qorunması təşkilatının icraçı direktoru Piter Uanless hesab edir ki, sosial şəbəkələr uzun müddət uşaqların qorunması məsələsinə məhəl qoymayıb. O bildirib ki, sosial şəbəkələr bu aspekti mühüm hesab etmirlər.

Milli.Az